Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək “Dərnəgül” dayanacağı istifadəyə verilib.
Bu gün səhər saatlarından artıq stansiyada qatarlar dayanır.
Məlumata görə, “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrası üçün müvafiq iş görülür, sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək istiqamətində növbəti addım olaraq bu stansiyada işlər yekunlaşdırılıb.




