“Kəssə hər kəs tökülən qan izini…”

Yeraltı və yerüstü sərvətləri ilə həmişə diqqət mərkəzində olan Azərbaycan dəfələrlə yadellilərin hücumlarına məruz qalıb. XX əsrin əvvəllətində, dəqiq desək, Ölkəmiz, 28 aprel 1920-ci ildə Rusiya bolşevikləri tərəfindən işğal edilib. Biz, 1813-cü ildə bağlanan “Gülüstan”, 1828-ci ildə bağlanan “Türkmənçay” sülh müqavilələrinə nəzər salsaq görərik ki, bəzi qonşu dövlətlər tərəfindən hansı cinayətlər törədilib. Son 200-230 il ərzində erməni terrorçularının Qafqazda at oynatmaları, əzəli Azərbaycan torpaqlarında Ermənistan Respublikasını yaratmaları da tarixin qara səhifələrindəndir. 1988-1993-cü illərdə erməni hərbi birləşmələrinin və onların havadarlarının Ölkəmizi qan gölünə çevirmək cəhdləri, itirilən torpaqlar, sözsüz ki daha geniş müzakirə olunmalıdır. Biz, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin qazandığı qələbənin şahidi olduq.2023-cü il sentyabrın 19-20-də Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı dədə-baba torpaqlarımız düşmən tapdağından azad edildi. Sözsüz ki, savaş meydanında qazanılan tarixi qələbənin memarı Azərbaycan xalqının dahi övladlarından biri, böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir.O, ikinci dəfə hakimiyyətə qayıdandan sonra döyüşən tərəflər arasında atəşkəs haqqında müqavilənin imzalanmasına nail oldu. Ölkə iqtisadiyyatının dirçəldilməsi üçün yeni-yeni layihələr icra edildi. 1994-cü il sentyabrın 20-də imzalanan Bakı-Tbilisi-Ceyhan neft müqaviləsi Azərbaycanın imkanlarını daha da genişləndirdi. Dahi şəxsiyyət Heydər Əliyev ordu quruculuğuna xüsisi diqqət ayırmışdı. Onun Ölkəmizə rəhbərliyi dövründə Xüsusi Təyinatlı Qüvvələrin yaradılması, Silahlı Qüvvələrin madi-texniki bazasının gücləndirilməsi daim yaddaşlarda qalacaq. İnqilabçı şair Hüseyn Cavid demişkən:
“Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü!”
Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin beynəlxalq aləmdə günü-gündən artan nüfuzu qəlbimizi riqqətə gətirir. Əksər xarici ölkələrin nümayəndələri Azərbaycana səfər edərkən Bakının inkişafını görür, valeh olurlar.
2003-cü il dekabrın 12-də cismən bizdən ayrılan Ulu Öndər ruhən bizimlədir. Azərbaycanın qazandığı bütün uğurlarda O Böyük Şəxsiyyətin halal haqqı var.
2026-cı il mayın 10-da İctimai-siyasi dövlət xadimi Heydər Əliyevin 103 yaşı tamam olur. Ulu Öndərin doğum günü ərəfəsində Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Belə tədbirləndən növbətisi Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) yeni ofisində baş tutdu. DAMM Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən yığıncağı Təşkilatın Prezidenti Rasim Məmmədov açdı. Dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Rasim müəllim Heydər Əliyevin ömür yolu barədə geniş məlumat verdi. DAMM-ın vitse – prezidenti, BDU-nun dosenti Afaq İsmayılova, tarixçi – alim İsa Quliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu, DAMM-ın Gənclər Şurasının sədri Ayşən Qarayeva, Gənclər Şurasının üzvü Nurdan Öztürk, DAMM-ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Sənubər Qasımova çıxış edərək Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki rolundan danışdılar.Çıxışlar zamanı dəfələrlə qeyd edildi ki, Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur!

Mövsümağa Ədalətoğlu,
yazıçı-publisist, AJB üzvü.
Bakı, 06.05.2026.