Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Bu ilin ilk səkkiz ayı ərzində 24 088 minik maşını idxal edilib. Bu rəqəm 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 2 dəfə çoxdur. İdxal olunan 10 və daha çox sərnişin daşıyan nəqliyyat vasitələrinin sayı 246-ya (2,5 dəfə artım) bərabər olub. Bundan başqa, 2 262 yük maşını (69,8 faiz artım), 99 xüsusi təyinatlı nəqliyyat vasitəsi (22 ədəd artım) idxal olunub.
İdxal, həcminin ümumi məbləğinə gəldikdə isə, hesabat dövründə idxal olunan nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin dəyəri 749,131 milyon dollar təşkil edib ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə təxminən 35,3 faiz çoxdur.