ABŞ-dan Hörmüz boğazı ilə bağlı şok iddia – Hazırlıq başladı

ABŞ yaxın gələcəkdə Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazında gəmilərin keçidini təmin etməyə başlaya bilər.

Bu barədə “Fox Business” telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

“Hesab edirəm ki, bu, bir və ya iki həftəlik məsələdir, lakin biz artıq problemin həlli yolundayıq”, – deyə o qeyd edib.

Bessent əlavə edib ki, hakimiyyət orqanları ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qiymətləndirmələrinə əsaslanacaqlar.