Şəhid zabit Şəhriyar Əlibəylinin xatirəsi ehtiramla yad edildi

Bu gün qəhrəman Azərbaycan oğlu, zabit və kəşfiyyatçı Şəhid Şəhriyar Əlibəylinin şəhadətinin üçüncü ildönümüdür. Vətən uğrunda canından keçən igid oğul Şəhidlər Xiyabanında dəfn olunub və hər il onun xatirəsi böyük ehtiramla yad edilir.

Şəhriyar Əlibəyli Vətənə sədaqəti, cəsarəti və döyüşlərdə göstərdiyi igidliklə yadda qalan qəhrəman zabitlərimizdən biridir. O, ailəsinin tək oğlu olsa da, Vətənin müdafiəsi uğrunda böyük fədakarlıq göstərərək xalqımızın yaddaşında əsl qəhrəman kimi qalıb.

Hər il olduğu kimi, bu il də onun əziz xatirəsi anılıb, yaxınları, dostları və onu tanıyan insanlar məzarını ziyarət edərək dualar oxuyublar.

Şəhidlərimiz bizim qürurumuz, tariximizin şərəfli səhifələridir. Şəhriyar Əlibəylinin qəhrəmanlıq yolu da hər zaman Azərbaycan gəncliyi üçün örnək olaraq yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri