Çips və dondurma yeyərək 76 kiloqram arıqladı – FOTO

0
407

İngiltərəli tibb bacısı Mendi Koulz verdiyi çəki ilə hər kəsin diqqətini üzərinə toplayıb.

O doğulduğundan bəri hər zaman artıq çəkili olduğunu deyib.

“Uşaq yaşlarımdan bəri kök olmuşam. Hər zaman məni lağa qoyurdular. Mə isə pəhriz yerinə daha çox yeməyə meyl edirdim” deyə, o bildirib. Mendi müxtəlif pəhrizlər, dərmanlar, psixoloji seanslarla dəfələrlə arıqlamağa cəhd etsə də, buna nail ola bilmıyib. Qısa müddətli çəki versə də, sonradan eyni bədən formasına geri qayıdıb. Doğuşdan sonra daha da çox kökələn Koulz çəkinin azaldılması üzrə qrupa yazılıb. Qrupun dietoloqlarının hazırladığı arıqlama proqramı sayəsində Koulz sevdiyi heç bir qidadan imtina etmədən 14 ay ərzində 76 kiloqram arıqlaya bilib.

“Mən özümü heç bir qidadan məhrum etməmişəm. Hətta istədiyim zaman dondurma və çips də yeyirdim. Sadəcə bunu balansladırırdım” deyə, o bildirib.