Ən təmiz havası olan ölkələr – Foto

0
555
Əksər ölkələr atmosferə zərərli maddələrin atılmasını azaltmağa can atırlar və buna başlıca olaraq iqlim üzrə Paris sazişinin imzalanması böyük təsir göstərib…
Son illər ekologiya və ətraf mühitin müdafiəsi beynəlxalq gündəmdə get-gedə daha vacib rol oynamağa başlayıb. Əksər ölkələr atmosferə zərərli maddələrin atılmasını azaltmağa can atırlar və buna başlıca olaraq iqlim üzrə Paris sazişinin imzalanması böyük təsir göstərib.

 

Lakin bəzi ölkələrdə təmiz hava yaratmaqla bağlı vəziyyət çox da  kritik deyil.

Dünyanın ən təmiz havası olan 10 ölkəsini təqdim edirik:

1.Avstraliya

İndeks: 100,00

Postindustrial ölkələrin əksəriyyəti kimi, Avstraliya da şəhər sivilizasiyasının standart problemləri ilə üzləşir: şəhərlərin zibil və nəqliyyat vasitələrinin qazları ilə çirklənməsi.

Ancaq bu problemlərin öhdəsindən gəlmək mümkün olur. Doğrudur, həll edilməsi daha çətin olan başqa problem var – bu, təzə su problemidir.

Buna baxmayaraq, Avstraliya havanın keyfiyyətinə görə liderdir.

2.Barbados

İndeks: 100,00

Barbados-Karib dənizinin şərqində Kiçik Antil Adaları qrupunda eyni adlı adada yerləşən bir dövlətdir.

Əhalinin həyat və savad səviyyəsinə görə lider yerlərdən birini tutur.

Bu ölkə mühüm turizm istiqamətidir, nadir flora və faunaya malikdir.

3.İordaniya

İndeks: 99,61

İordaniya havanın təmizliyi səviyyəsinə görə üçüncü yerdədir. Buna baxmayaraq, bu ölkə ekoloji problemlərsiz ötüşməyib.

Hazırda ekologiyanın əsas problemlərindən biri ölkə əhalisinin sayı çoxaldıqca zibilliyin sayının artmasıdır

Ölkədə bərk tullantıların emalı ilə bağlı problemlər mövcuddur. Buna baxmayaraq, hələ ki, ölkə havanın keyfiyyətinə görə liderlər sırasındadır.

4.Kanada

İndeks: 99,28

Meşələr Kanada torpaqlarının təxminən 50% – ni əhatə edir. Ümumiyyətlə, Kanada dünya meşələrinin 10% -ə və böyük neft, qaz, kömür və digər faydalı qazıntılara malikdir.

Xüsusilə tundrada və ölkənin dağlıq ərazilərində olmaqla, insan ayağı dəyməmiş böyük ərazilər bütün Kanada torpaqlarının 70% – ni təşkil edir və Yer kürəsinin bütün toxunulmamış vəhşi təbiətinin 20% – ni təşkil edir.

Kanada hökuməti bütün səylərini su və atmosferə sənaye tullantılarının azaldılmasına yönəldir. Xüsusilə Toronto, Hamilton körfəzi və Sarnia kimi problemli ərazilərdə vəziyyət tədricən yaxşılaşır.

5.Danimarka

İndeks: 99,16

Sosioloji tədqiqatlar göstərir ki, danimarkalıların 90%-i təbiətin mühafizəsi məsələlərini cəmiyyətin birgə səyi ilə həll edilməli olan dövlətin ən aktual və əhəmiyyətli sosial-siyasi problemləri sırasına aid edir.

Ətraf mühitin mühafizəsi artıq 20 ildən çoxdur dövlət tənzimlənməsinin prioritet istiqamətlərindən biridir.

Burada hava çox təmizdir və nəqliyyatın əsas növü kimi ölkənin əksər sakinləri velosiped seçirlər.

6.Finlandiya

İndeks: 99,00

Finlandiya ətraf mühitin ən təmiz ekoloji vəziyyəti olan ölkələr arasındadır.

Cinayət Məcəlləsində ekoloji cinayətlər sahəsində ifadələrin sərtləşdirilməsi məsələsinə baxılır.

Ölkədə aktual ekoloji problemlərdən biri də təbii yanacaq növlərinin təsirindən torpağın şoranlığının artması və atmosferin istiləşməsi məsələləridir.

Bu problemlər beynəlxalq səviyyədə tanınır və onların həlli ilə Finlandiya Avropa İttifaqının digər ölkələri ilə birlikdə məşğul olur.

7.Yeni Zelandiya

İndeks: 98,99

Yeni Zelandiyanın əsas simvollarından biri səylə qoruyub saxlamağa çalışdığı  100%-lı “yaşıl” imicidir. Məhz buna görə də ətraf mühitin qorunması və mühafizəsi məsələləri ölkənin inkişafında prioritetlərdən biridir.

2020-ci ilə qədər dünyada atmosferə karbon tullantılarının neytral balansına malik olan ilk ölkə olmağa hazırlaşır və  bununla da dünyada ən təmiz ölkə statusunun tanınmasına nail olmağı planlaşdırır.

8.Bruney

İndeks: 98,76

Bruney dünyanın ən zəngin və təmin olunuş dövlətlərindən biridir.

Ölkə iqtisadiyyatının əsasını neft hasilatı və emalı (ildə 10 mln.tondan çox) və qaz (12 mlrd. m3-dən çox) təşkil edir.

Bruney maye qaz istehsalı üzrə dünyada 4-cü yer tutur — ölkə ərazisində qazı mayeləşdirən zavod fəaliyyət göstərir, bu zavod Yaponiyaya və digər ölkələrə qazdaşıyan maşınlar ilə ixrac edilir.

9.İslandiya

İndeks: 98,55

İslandiyanın havası Şimali Atlantikanın okean iqlimi və küləkləri sayəsində təmizdir.

Həm də ölkənin elektrik enerjisinə olan tələbatı, əsasən, bərpa olunan enerji resursları hesabına təmin edilir.

Mədən yanacağının daha təmiz alternativi olan geotermal enerji ölkədə və onun əksər hövzələrində binaların 90% – dən çoxunun qızdırılması üçün istifadə olunur.

10.ABŞ

İndeks: 97,52

ABŞ-ın ekoloji problemləri bu istiqamətdə irimiqyaslı hərəkətlərə baxmayaraq, yüksək səviyyədə qalır. Yer üzünün  6% – ni təşkil edən əhali enerji resurslarının yarısını sərf edir, dünya zibilinin 64% – ni və istixana qazlarının 25% – ni buraxır.

ABŞ-ın əsas ekoloji problemləri iki istiqamət hesab edilir: havanın çirklənməsi və bərk məişət tullantılarının miqdarı. Birinci halda böyük şəhərlər əziyyət çəkir, belə ki,  burada çoxlu sayda avtomobil və zavod cəmlənib.

Buna baxmayaraq, ABŞ ən təmiz havası olan ölkələr siyahısına daxil olub.