Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə getdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gedib.

Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.