Avtomobil istehsalı üzrə dünya nəhəngi “BMW Group” konserni 500 mindən çox avtomobili geri çağırır.
Bu barədə Almaniyada dərc olunan “Bild”qəzeti məlumat yayıb.
Hələlik konsern bu barədə rəsmi açıqlama yaymayıb. Geri çağırışa səbəb avtomobillərdə alışma təhlükəsinin olmasıdır. Belə ki, motor işə salınarkən qısaqapanma vermə ehtimalı böyükdür.
Problem 2-ci nəsil “Coupe”, 3-6-cı nəsil “Gran Turismo”, 7-ci nəsil “Limousine”, X4, X5, X6 və Z4 modellərinin bəzilərində aşkarlanıb.
Qeyd edək ki, böyük ehtimalla xərclər konsern tərəfindən qarşılanacaq.




