Rusiya Azərbaycanda AES tikməyi təklif etdi

0
516

Rusiyanın dövlət şirkəti olan “Rosatom”un baş direktoru Aleksey Lixaçov Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən bildirib ki, Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib.

“AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”, – deyə Lixaçov RİA Novosti-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın özəlliyi tələbatın ciddi şəkildə artmasındadır. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu böyük rəqəmdir.