Məsciddəki dəhşətli terror aktı nəticəsində ölənlərin sayı artdı

Pakistanın paytaxtı İslamabadda məsciddə kamikadzenin törətdiyi terror aktı nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Həmçinin qeyd edilir ki, Tarlay İmambargah məscidindəki terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qrupun açıqlamasında bildirilir ki, hücum edən şəxs hadisə yerinə gəlib, məscidin əsas qapısında onu dayandırmağa çalışan mühafizəçilərə atəş açıb və partlayıcı kəmərini daxili qapıda işə salıb. Rəsmi İslamabad terrorçunun bu yaxınlarda Əfqanıstandan gəlmiş Pakistan vətəndaşı olduğunu bildirib.