ABŞ Ukraynada müharibənin yaya – iyun ayına qədər başa çatmasını istəyir və danışıqların dəqiq qrafikinin razılaşdırılmasında təkid edir.
Bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.
“Niyə məhz bu yaya qədər? Başa düşürük ki, ABŞ-dəki daxili məsələlər təsir göstərir və şübhəsiz onlar üçün daha da aktual olacaq. İlk dəfə tərəflər ən mürəkkəb məsələlərin liderlərin üçtərəfli görüşündə qaldırıla biləcəyini müzakirə etdilər. Lakin bunun üçün müəyyən hazırlıq elementləri lazımdır. Belə formatda müzakirənin dialoqda yer alması vacibdir”, – o qeyd edib.




