Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr var? – AÇIQLAMA

Ölkə ərazisində müşahidə edilən qarlı və soyuq hava şəraitinin ictimai nəqliyyatın, xüsusilə də avtobusların hərəkətinə təsir edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətində ciddi çətinlik müşahidə edilmir.