Fevralın 3-dən 7-dək… – Alimlərdən XƏBƏRDARLIQ

Bu gün Günəşdə ən yüksək sinfə aid – “X” səviyyəli güclü alışma qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, qarşıdakı günlərdə bu partlayışların Yerə təsirləri olacaq.

“Partlayış mərkəzi fevralın 3-ü, çərşənbə axşamından fevralın 7-si, şənbə gününə qədər Yerə birbaşa təsir zonasında olacaq”, – deyə bildirilib. Qeyd edilib ki, bu dövrdə Günəşdəki aktivliyin Yerə təsirinin artacağı ehtimal edilir.

Xatırladaq ki, fevralın 1-i səhər saatlarında Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınmışdı.