Vladimir Putinlə Əhməd əl-Şaraa Rusiya hərbi bazalarının Suriyadakı fəaliyyətini müzakirə ediblər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kreml görüşünü şərh edərkən deyib.
Peskov danışıqların bu hissəsinin təfərrüatını açıqlamaqdan imtina edib və yalnız mövzunun gündəmdə olduğunu təsdiqləyib.
“Rusiya hərbi bazalarına gəldikdə, bu mövzu danışıqların gündəliyində idi”, – deyə o bildirib.
Məlumata görə, danışıqlar iki ölkə arasında iqtisadi münasibətlərə yönəlib.
Peskov qeyd edib ki, Moskva və Dəməşq ticarət əməkdaşlığının inkişafı üçün əhəmiyyətli potensiala malikdir.
Görüş yanvarın 28-də baş tutub və tərəflər geniş spektrli ikitərəfli məsələləri müzakirə ediblər.




