“Apple” yeni smartfonlar üçün ənənəvi satış cədvəlini yenidən nəzərdən keçirir. Şirkət “iPhone 18″in satışını 2027-ci ilə qədər təxirə sala bilər.
Bu barədə nüfuzlu insayder “Digital Chat Station Weibo” səhifəsinə açıqlama verib.
Onun sözlərinə görə, baza modellər, yəni “iPhone 18” və “iPhone 18e” gələn ilin birinci rübünə qədər satışa çıxarılmayacaq. Bu ilin sentyabr ayında isə yalnız “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və şirkətin ilk qatlanan smartfonu olan “iPhone Fold” buraxılacaq. Yəni alıcılar bahalı modellər arasında seçim etməli olacaqlar.




