Qəbələ rayonu Soltannuxa kənd şəhid  Uzəyroov Qoşqarin cənnətdəki doğum günüdür

Şəhidin məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Qoşqar Müşfiq oğlu Üzeyirov 26 yanvar 2002 ci ildə Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Orta təhsilini Elsevər Kərimoğlu adına Soltannuxa tam orta məktəbində alıb. 2020 ci il  yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. 7 noyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 21 noyabr 2020 ci ildə Qəbələ rayonu Soltannuxa kənd qəbristanlığında torpağa tapşırılıb.

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri