Müntəzəm olaraq yuxu ehtiyacını kifayət qədər qarşılamayan insanların ömrünün daha qısa olduğu ortaya çıxıb.
Bununla bağlı Oreqon Sağlamlıq və Elm Universiteti tədqiqat aparıb.
Məlum olub ki, qeyri-kafi yuxunun ömür uzunluğuna təsiri sağlam qidalanma və müntəzəm idman kimi əsas göstəricilərdən daha çoxdur.
Buna görə də ABŞ Yuxu Tibbi Akademiyası və Yuxu Tədqiqatları Assosiasiyası insanlara gecə ən azı 7 saat yatmağı tövsiyə edir.
Tədqiqatın nəticələri “SLEEP Advances” elmi jurnalında dərc edilib.




