Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında yanvarın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı ehtimalı var.