Yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudada zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.




