İranda etirazçılar Şimali Xorasan vilayətinin prokurorunu və bir neçə hüquq-mühafizə əməkdaşını diridiri yandırıblar.
Bu barədə yerli “IranWire” portalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, prokuror və onun komandası konteynerə sıxışdırılaraq yandırılıb. Xilasedicilər izdiham səbəbindən hadisə yerinə yaxınlaşıb hüquq-mühafizəçiləri xilas edə bilməyiblər.
İnsidentin digər təfərrüatları açıqlanmır.




