Putinə İrəvanda şok sual: İşğaldakı torpaqlar…

0
480

Avrasiya İttifaqı Ali İqtisadi Şurasının toplantısı çərçivəsində Ermənistana səfər edən Rusiya Prezidenti Vladimir Putin gözlənilməz halla üzləşib.
Rusiya Prezidenti Vladimir Putin İrəvanda Prezident Sarayına yollanarkən Rustavi-2 telekanalının jurnalisti ona yaxınlaşaraq sual ünvanlamağa çalışıb.
Prezidentə yaxınlaşmağa çalışsa da, buna müvəffəq ola bilməyən jurnalist bildirib: “2008-ci ildə üzərinizə götürdüyünüz öhdəlikləri nə zaman yerinə yetirəcəksiniz? Qoşunlar Gürcüstanın işğal altındakı torpaqlarından nə zaman çıxarılacaq?”
Jurnalistin bu sözlərinə Putin sakit şəkildə və təbəssümlə cavab verib:
“Biz həmişə sözümüzü tuturuq”.