2026-cı il onlara həsr olunacaq – FƏRMAN

2026-cı il Belarusda Qadınlar İli olacaq.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.

Fərmana əsasən 2026-cı il “Belarus Qadını İli” elan edilib.

Qeyd edilir ki, sənəd işləyən qadınların milli imicini formalaşdırmaq, eləcə də qadınların cəmiyyətin qorunması və inkişafındakı rolunu populyarlaşdırmaq məqsədi ilə qəbul edilib.