İstanbulda “Kəlbəcər” tankeri təcili yardım çağırışı etdi

İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.

Bu barədə İHA məlumat yayıb. Hadisə yerinə xilasetmə qruplarının cəlb olunduğu bildirilib.

Nəqliyyat və İnfrastruktur Nazirliyi mətbuat açıqlamasında bildirib ki, 141 metr uzunluğunda “Kəlbəcər” tankeri və 115 metr uzunluğunda “Alatepe” adlı tankerin Küçükçekmece Lövbər Bölgəsində bir-biri ilə təmasda olub.

Gəmilərin sahilə yaxın olması səbəbindən quru xilasetmə qrupu və Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus KURTARMA-9 yedək gəmisi dərhal hadisə yerinə göndərilib.