Xüsusi Təyinatlı Qüvvələrin mayoru Şəhid Abuşov Bəhruzun bu gün 5 – ci il dönümü qeyd olundu .
Tədbirdə şəhid ailələri, qazilər, din xadimləri ,kənd sakinləri, şəhid ailə üzvləri,yaxınları , yazarlar iştirak etmişdir.
Əvvəlcə şəhidln məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Tədbirdə iştirak edən qonaqlar şəhidin qəhrəmanlığından söhbət açmışdır.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Abuşov Bəhruz Zabit oğlu 1983 ci il iyun ayının 18-də Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 2000 ci ildə Azərbaycan respublikası Silahlı Qüvvələrin hərbi akademiyasına daxil olub 2005 ci ildə bitirmişdir. 2005 ci ildə N saylı hərbi hissədə xidmət etməyə başlayıb. Qobustanda N saylı hərbi hissədə kimya xidmət rəisi vəzifəsində işləmişdir. Öz könüllü istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrdə kimya xidmət rəisi vəzifəsində işləməyə başlamışdır. 2020 ci il 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində Murovdağ yüksəkliyi, Cəbrayıl rayonunu, Xocavənd rayonunun Hadrut qəsəbəsinin , Tuğ, Azıx, Böyüktağlar kəndlərinin, Daşaltı qəsəbəsinin, Şuşa şəhərinin işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərmişdir. Döyüş yoldaşlarının dediyinə görə, döyüşlərdə yaralanan zaman onu xəstəxanaya aparıblar. Ona deyiblər ki, bir neçə gün burada yatmalısan. Lakin “döyüş yoldaşlarım orada döyüşür, mən burada qala bilmərəm” deyib xəstəxanadan çıxaraq yenidən döyüşlərə gedib”. Döyüş yoldaşları, Şuşadakı şücaətinə görə ona “Şuşa Generalı” deyirdilər.2020 ci il 8 noyabr tarixində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 11 noyabrda Qəbələ rayonu Nohurqışlaq kənd qəbristanlığında dəfn olunmuşdur. Ailəli idi. 2 övladı var.
Allah rəhmət eləsin
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri







