Dünən İstanbulda baş verən güclü zəlzələnin ardınca daha 41 təkan qeydə alınıb.
İstanbulda saat 23.20-də başlayaraq yenidən yeraltı təkanlar olub.
Səhərə qədər ən böyüyü 3.2 bal gücündə 41 zəlzələ baş verib.
Bu barədə məlumatı Kandilli Rəsədxanası yayıb. Sonuncu titrəyiş səhər saat 08:08-də qeydə alınıb.
Zəlzələnin qorxusundan insanlar küçələrə axışıb və evlərinə getməyiblər.