Tramp İran və Venesuela rəsmilərinin ABŞ-a səfərini qadağan etdi

0
413
Trump
Tramp İran və Venesuela rəsmilərinin ABŞ-a səfərini qadağan etdi
ABŞ prezidenti Donald Tramp İran və Venesuela hakimiyyətinin yüksəkçinli rəsmilərinin, həminin onların ailələrinin ölkəyə səfərinə icazə verilməməsi barədə sətəncam imzalayıb.

Bunu Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

“İran və Venesuela  diktator rejimlərində korrupsiyaya qarşı mübarizə məqsədi ilə  çərşənbə günü bu ölkələrin yüksək ranqlı hakimiyyət rəsmilərinin, onların ailələrinin ABŞ-a girişini qadağan edən sərəncam imzaladım”, – Tramp deyib.

Tramp sərəncamın detalları barədə hər hans əlavə məlumat verməyib.