Oğurlandıqdan sonra Parisə aparılan və oradan Nyu-York Metropolitan Sənət Muzeyinə satılan qızıldan düzəldilmiş tabut yenidən geri Misirə qaytarılıb. Rahib Nedjemankha aid olan tabut Nyu-Yorkda muzeyində nümayiş etdirildikdən sonra Misir rəsmilərinə təhvil verilib.
Qızıl tabutun təhvil verilməsi ilə bağlı təşkil edilən mərasimə Misir xarici işlər naziri Semih Şükrü ilə yanaşı, Manhattan ərazisi üzrə prokuroru Cruz R. Vance qatılıb.
Mərasimdə çıxış edən prokuror Vance qızıl üzlü tabut və digər 100-dək qədim əsərlərin oğrular tərəfindən Misirdən çıxarıldığını deyib.
Nyu-York Metropolitan Sənət Muzeyi iki il öncə Parisdək sənət qalareyasına 4 milyon dollar ödəyərək alıb.
ABŞ-a gətirlən bu tabut 2100 il bundan öncəyə aid olduğu bildirilir.
Herakleopolis ilahisi Heryshef’in yüksək rütbəli rahib Nedjemankh adına olan tabutun 2011-ci ildə oğurlandığı ortaya çıxıb. Qızıl tabut öncə gəmi ilə Almaniyaya və oradan isə 1971-ci ilə aid saxta bir sənədlə Fransaya gətirilib. Misirə qaytarılan tabut 2020-ci ildən bu ölkədə nümayiş etdiriləcək.