Mercedes-Benz S-Class avanqarda göndəriləcək – VİDEO – FOTO

0
444

Bayraqdar sedanının hazırlanması böyük cavabdehlik və diqqət tələb edən vacib sahələrdən biridir. Əgər söhbət Mercedes-Benz şirkətinin flaqmanı olan S-Class sedanından gedirsə, bu artıq ikiqat cavabdehlik deməkdir. Çünki, bu modelin yeni nəsli nəinki sələfini üstələməli, həmçinin janrın qanunvericisi olmalıdır.

Bu səbəbdən də, yeni nəsil Mercedes-Benz S-Class modeli üzərində çalışmalar dövlət sirri kimi qorunur. Bununla belə, hərdən bayraqdar sedanın ətrafında cərəyan edən ehtirasları körükləmək üçün, bir-iki faktın ortaya atılması zəruridir.

Bu günlərdə Frankfurtda keçirilən avtosalonda alman markasının rəhbəri Ola Kallenius bəzi detalları paylaşmaq qərarına gəlib. Onun sözlərinə görə, şirkət əməkdaşları S-Class modelinin müasir avtomobil sənayesinin avanqardındakı mövqelərinin qorunması üçün əllərindən gələni edirlər. Kallenius Mercedes-Benz şirkətində çalışan hər bir əməkdaşın səhər məhz bu fikirlə yuxundan oyandığını iddia edir.

Yeni sedanın hər kəsi təəccübləndirəcək cəhətlərindən biri, üçüncü səviyyəli avtonom idarəetmə sistemi olmalıdır. Mercedes-Benz S-Class ən müasir və ən müstəqil avtopilot sistemi ilə təchzi edilən ilk seriya modeli olacaqdır. Eyni zamanda, Daimler AG konserninin direktorlar şurasının üzvü Markus Şefer yeni S-Class modelinin tam elektrik güc qurğusu ilə təchiz etmək fikrindən uzaq olduqlarını bildirib. Bayraqdar sedanın “yaşıl” alter-eqosu Mercedes-Benz EQS konseptinin seriya variantı olmalıdır. O, S-Class modelinin yaradıcılarının özləri üçün müəyyən etdikləri həddin çox yüksək olduğunu da qeyd edib.

Yeni nəsil Mercedes-Benz S-Class modeli gələn il debüt etməlidir. Şayiələrə görə, S-Class kupe və kabriolet kuzovlarından məhrum olacaq və yalnız uzunbazalı versiyada buraxılacaqdır. İxtisara salınmış modelləri isə, Mercedes-AMG GT və SL modelinin yeni nəsli əvəzləyəcəkdir.