Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir – YENİLƏNİB

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçirilir.

Mərasimdə Xalq artistinin ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak edirlər.

Qeyd edək ki, Əminə Yusifqızı bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xalq artisti Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

09:21

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək.

Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.