İŞİD Lideri Video-Müraciət Yaydı: Rəhbərlik İdlibdə… – General Açıqladı

0
577

İŞİD lideri Əbu Bəkir əl-Bağdadi və rəhbərlikdə yer alan əsas şəxslər Suriyanın İdlib vilayətində saxlanılır.

Bu açıqlama ilə İraq Daxili İşlər Nazirliyi kəşfiyyat və terrorla mübarizə idarəsinin generalı Əbu Əli Basri deyib.

Generalın fikrincə, Bağdadi uzun fasilədən sonra ilk dəfə tərəfdarlarına video müraciət edərək İŞİD döyüşçülərinə Asiyada fəal olduqları ərazilərdə yeni İraq və Suriya yaratmaq təlimatını verib.

Qeyd edək ki, İraq ordusunun Mosul, Telafər və Şenqalı ələ keçirməsindən sonra İŞİİD qüvvələrini Suriyaya çəkərək Deyrəzzorda mövqe tutub. Sonradan bu əraziyə nəzarəti itirib.

Sonuncu dəfə Bağdadi məhz bu ərazilərdə görünüb.