Rusiya hücumları dayandırmır: ABŞ bu addımı atacaq

ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyaya qarşı sanksiyaların artırılması ehtimalı ilə bağlı açıqlama verib.

 Bessentin sözlərinə görə, məsələ ilə ilə bağlı bütün mümkün addımlar yoxlanılır.

“ABŞ rəsmiləri Ukraynada davam edən münaqişə səbəbindən bu həftə Rusiyaya qarşı bütün mümkün variantları çox yaxından araşdırmağı planlaşdırır. Prezident Donald Tramp və mən bütün variantları nəzərdən keçiririk”, – deyə o söyləyib.

Bessent əlavə edib ki, Rusiyaya qarşı mümkün fəaliyyət variantlarının nəzərdən keçirilməsi Rusiya prezidenti Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşündən sonra Moskvanın Ukrayna ərazisinə hücumları artırması ilə bağlıdır.

Xatırladaq ki, Putin və Tramp avqustun 15-də Alyaskada görüş zamanı Ukrayna probleminin həlli yollarını müzakirə ediblər. Hər iki lider görüşü müsbət qiymətləndirib. Sammitdən sonra Putin Ukraynada münaqişəyə son qoyulmasının mümkün olduğunu bəyan edib.