Güclü partlayış nəticəsində Günəş plazma buludu Yerə çatıb, maqnit qasırğası başlaya bilər.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Bildirilib ki, plazma buludu Yerə zərbə vurub. Əgər geomaqnit sahəsini yarıb keçsə, qütb işıqları və maqnit qasırğaları müşahidə olunacaq.




