İNK-da yeni sədr

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İctimai Nəzarət Koalisiyasında yeni kadr sevinci yaşanılır.
Təşkilatın Gənclər Şurasının sədri Aydan Məhərrəmova təyin edilmişdir.
Memarlıq və İnşaat İnstitutun məzunu, ingilis dili və bir çox proqramların biliyinə yiyələnən Aydan Məhərrəmova gözəl bir ailənin övladıdır.
Ona bu yeni fəaliyyətində
bütün təşkilat işçiləri və üzvləri uğurlar, həyatında xoşbəxt olmasını, can sağlığı və bütün arzularının yerinə yetməsini arzulayırlar.
Aydan xanımın ilk gündən maraqlı təklifləri onun yeni rezonanslarına ümid verdi.

“İctimaixeber.az”