“Ulduz müharibələri” filmində aktyoru Kennet Kolli 87 yaşında vəfat edib.
Bu barədə Britaniyanın “İndependent” qəzeti məlumat yayıb.
““Ulduz müharibələri” filmində Admiral Piet rolu ilə tanınan məşhur britaniyalı aktyor Kennet Kolli 87 yaşında COVID-19-un yaratdığı pnevmoniyadan vəfat edib”, – qəzet yazıb.
Onun bazar ertəsi, iyunun 30-da öldüyü bildirilir.
Colli 7 dekabr 1937-ci ildə Mançesterdə anadan olub. Onun ilkdəfə 1970-ci illərin polis dramı olan “The Sweeney”də rol alıb. Karyerası ərzində o, Dreyfus işi ilə bağlı “Musiqi həvəskarları”, “Şeytanlar və Şərəf Məhbusu” filmlərində britaniyalı rejissor Ken Rassellə əməkdaşlıq edib.




