Ermənistan sərhədində zəlzələ oldu

0
16

Ermənistan-Gürcüstan sərhədində 2,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Ermənistanın Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Şirak rayonunun Bavra kəndindən 10 kilometr cənub-şərqdə yerləşib.

Episentrdə yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 3-4 bal təşkil edib.

Yeraltı təkanlar Bavra, Saraqyux və Aşotsk yaşayış məntəqələrində hiss olunub, onların gücü 2-3 bala çatıb.