Vulkan püskürdü, əhaliyə xəbərdarlıq edildi – Yağış yağarsa…

0
15

İndoneziya Levotobi Laki-laki vulkanı ilə bağlı xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb

Bu barədə İndoneziya Vulkanologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə 3-5,5 kilometr hündürlüklərə kül püskürüb.

Mayın 19-da səhər saatlarında da püskürmə baş verib. Səlahiyyətlilər əhalini və turistləri vulkanın ən az 6 kilometr uzaqlığında qalmağa çağırıb.

Bundan əlavə, güclü yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola biləcəyi barədə xəbərdarlıq edilib.