Köçəryan 2018-ci ilin aprelində Sarkisyana zəng edərək nə deyib? – Sirlər açılır

0
15

2018-ci ilin aprelində mən üçüncü prezidentə (Serj Sarkisyanı nəzərdə tutur) zəng etdim.

Ona görə ki, müxtəlif insanlar, ortaq dostlarımız mənimlə əlaqə saxlayıb dedilər: sən nəsə deməlisən, hər şey nəzarətdən çıxır.

Bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir sıra KİV-lərə müsahibəsində bildirib.

“Zəng edib soruşdum ki, vəziyyəti necə qiymətləndirirsiniz? Çox sakit cavab verdi: problem yoxdur, hər şey nəzarətdədir. Bu məni təəccübləndirdi və soruşdum: əminsinizmi? Yəqin sualı bir-iki dəfə təkrar etdim. Amma çox sakit cavab verdi: hər şey nəzarətdədir.

Bir neçə gündən sonra istefa verdiyini bildirdi. Sizə sakitcə deyirsə ki, hər şey nəzarətdədir, hər şey yaxşıdır, mən nə etməliydim?

Ondan əvvəl onunla kifayət qədər uzun müddət ünsiyyət qurmamışdım. Amma vəziyyəti nəzərə alaraq qərara gəldim ki, hər halda zəng edim.

İndi düşünürəm ki, vəziyyətə yanlış qiymət verilib. Mən daha heç nə deməyəcəyəm, çünki danışmağa başlasam, daha çox şey deyəcəyəm”, – Köçəryan deyib.