Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla mayın 19-da telefon danışığı aparacaq.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov təsdiqləyib.
Dövlət başçısının mətbuat katibinin sözlərinə görə, söhbət Moskva vaxtı ilə saat 17:00-a (Bakı vaxtı ilə saat: 18:00) planlaşdırılıb.
Peskov həmçinin “İstanbulda aparılan danışıqları nəzərə alsaq, təbii ki, söhbət vacibdir”, – deyə qeyd edib.