Qəbələ rayon 3 nömrəli orta məktəbində şəhid Aqsin Ənvərlinin adına tədbir keçirildi

0
163

Tədbirdə məktəbin direktoru Ədilə Əliyeva, müəllim şagird kollektivi, şəhid ailələri, yazarlar , təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Sağlırdlər , şeirlər söyləmis ,kompazisiya nümayiş etdirmişdir.
Şəhid Aqşin Ənvərli haqqında geniş məlumat vermişlər,onun haqqında müəllimləri geniş söhbət açmışdir
. Aqsin Ənvərli haqqında kiçik videoçarx nümayiş olunmuşdur.

Məktəbin direktoru Ədilə Əliyevaya milli kələyağı hədiyyə edilmişdir.

Şəhidin valideynləri məktəb şagirdlərinə , müəllim kollektivinə minnətdarlığını bildirmişdir

Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub.2001-2012-ci illərdə Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb.
Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.Bir müddət sonra isə Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Döyüşlər zamanı səngərdə baş leytenant rütbəsi alıb .Aqşin Ənvərli noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 18.11.2020 ci ildə Qəbələ rayonu Xırxatala kənd qəbristanlığında dəfn olunub

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri

Təranə Alməmmədova