Minskə səfəri zamanı Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam Belarus Prezidenti Aleksandr Lukaşenkoya qiymətli daşlardan hazırlanmış portretini hədiyyə edib.
Bu barədə BELTA məlumat yayıb.
Belarus lideri qonağa şokolad dəsti və müxtəlif Belarus məhsullarından ibarət dəst hədiyyə edib. O, həmçinin To Lamı özünün yaxşı dostu adlandırıb və Vyetnama səfər etmək dəvətini qəbul edib. Lukaşenkonun sözlərinə görə, siyasətçilər cari məsələləri və gələcək iş perspektivlərini açıq və hərtərəfli müzakirə ediblər.