Dünyanın rəqəmsal iqtisadiyyatının həcmi 5 ilə 23 trilyon dollara çatacaq

0
426

 


Çinin telekom-istehsalçı korporasiyası Huawei dünya üzrə rəqəmsal iqtisadiyyatın həcminin 2025-ci ildə, 2017-ci ilin 12,9 trilyon dollarlıq göstəricisi ilə müqayisədə 23 trilyon dollara çatacağı barədə proqnoz verib.Bu haqda şirkətin nümayəndəsi açıqlama verib.

Rabitə-informasiya texnologiyaları iqtisadi inkişafa təkanverici təsir edə bilərlər.

“BMF-nin hesablamasına görə, dünya üzrə ÜDM-in həcmi 2020-ci ildə, 2017-ci ildə  olan 3,8% -lə müqayisədə 3,5% azalacaq. Buna görə də dövlətlər bu tendensiyanı RİT-in təbliği yolu ilə dəf etməyə çalışırlar. Beynəlxalq elektrik rabitə birliyinin məlumatına əsasən, 156 ölkənin belə bir planı var” , –  Huawei-də bildiriblər.