Ayağınızda bu izlər varsa, diqqət! – Beyinlə əlaqəsi üzə çıxdı

0
12

Varikozdan əziyyət çəkən insanlarda demans riskinin daha yüksək olduğu məlum olub.

Yeni araşdırmada yarım milyon nəfərin sağlamlıq göstəriciləri öyrənilib və damar genişlənməsi (varikoz) olan şəxslərdə demensiya ( beyin fəaliyyətinin zəifləməsi və pozulması) diaqnozu alma ehtimalının 23,5 faiz çox olduğu aşkarlanıb.

Alimlər bildirirlər ki, yaş, cinsiyyət, çəki, siqaret və alkoqol kimi tanınan risk amilləri nəzərə alınsa da, varikoz əlavə təhlükə yaradır. Xüsusilə kişilərdə, siqaret çəkənlərdə və çoxlu alkoqol qəbul edənlərdə demensiya riski daha da artır.

Araşdırmada damarları müalicə edilən xəstələrin, edilməyənlərlə müqayisədə damar mənşəli demensiya olma riskinin 43 faiz azaldığı da ortaya çıxıb.

Alimlər deyirlər ki, varikoz bədəndə qan dövranının zəif olduğunu göstərir və bu da beynin sağlamlığına zərər verə bilər. Eyni zamanda, damarların genişlənməsi bədəndə iltihab yarada və beyin hüceyrələrinə ziyan verə bilər.

Qeyd edək ki, varikoz damarlar əsasən ayaqlarda olur, ağrı, şiş və dəri problemlərinə səbəb ola bilər. Araşdırmaya görə, bu xəstəlik uzun müddət oturmaq, ayaq üstə çox qalmaq, siqaret çəkmək və artıq çəki ilə bağlıdır.