Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi bilindi

0
15

Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə icazə verilməməsinə səbəb məlum olub.

Bu barədə diplomatik mənbə bildirib.

Məlumata görə, azərbaycanlı deputatın ölkəyə girişinə qadağanın qoyulması onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları olub.

O da vurğulanıb ki, Badamova qarşı görülən tədbirlər “şəxsi xarakter daşıyır” və “Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə” təsir göstərmir.

Xatırladaq ki, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.