“Kənardan idarə olunan radikal islamçı dəstələrin dini qarşıdurma yaratmaq istəyi təəssüf hissi doğurur”

0
614

“Bu cür hərəkətlər dinimizdə də xoş qarşılanmır”

Son günlər kənardan idarə olunan radikal islamçı dəstələrin Azərbaycanda dini qarşıdurma yaratmaq istəyi təəssüf hissi doğurur

Bu barədə Türkiyədə yaşayan azərbaycanlı yazıçı jurnalist Oktay Hacımusalı özünün Facebook sosial şəbəkəsində yayınladığı videoda bildirib. O. Hacımusalı Azərbaycanın özünəməxsus dini tolerantlıq modelinin olduğunu, bu modelin isə Azərbaycanın böyüməsini istəməyən qüvvələri daim narahat etdiyini sözlərinə əlavə edib. Jurnalistin sözlərinə görə, mövcud vəziyyətdə həmin birgəyaşayışdan narahat olan qüvvələr Azərbaycanda xüsusi ile xalqımız üçün dini baxımdan müqəddəs günlərdə qarışıqlıq yaratma cəhdləri hər zaman qabarıq şəkildə özünü göstərir. Xüsusən xaricdən idarə olunan “Ar rad tv” kimi internet televiziyaların dövlətimizə, dövlətçiliyimizə, ziyalılarımıza qarşı dini motivləri bəhanə edib hücuma keçmələri təəssüf hissi doğurur. Halbuki, bu cür hərəkətlər dinimizdə də xoş qarşılanmır.