Samira 5 illik susqunluğa son qoydu video

0
666

Müğənni Samira ƏliMəryəm yeni mahnısına çəkilən klipi təqdim edib.

“Sevdiyim” adlanan mahnının musiqisi Muxtar Abseynov, sözləri isə Cavid Əhmədova məxsusdur. Ekran işinin rejissorluğunu isə Nail Naiboğlu edib. Çəkilişlərin bir hissəsi Şıxov çimərliyində, digər hissəsi isə studiya şəraitində tamamlanıb.

Sənətçi bildirib ki, sonuncu klipini 5 il bundan əvvəl çəkib:

“Axırıncı işim “Çağırış” mahnısına çəkilin video olub. Hansı ki, Olimpiya oyunları ərəfəsində idmançılara həsr etmişdim. O vaxtdan bu günə kimi klip olaraq heç bir iş görməmişdim. Nəhayət ki… Muxtar mənə bir neçə dənə mahnı təqdim etdi. Onların içində bu melodiya mənə daha yaxın olduğu üçün, seçimimi “Sevdiyim” mahnısından etdim”.

Artıq yaradıcılığındakı fasiləyə son qoyduğunu söyləyən Samira “Klip sırf istədiyim üslubda, xarakterimə uyğun çəkilib. Çünki ekran işini məhz belə görürdüm. Elə işə başlamazdan əvvəl də Nail ilə bu haqda danışmışdım”, – əlavə edib.