100 km/s sürətlə gedən avtomobilin sükanı arxasında yatdı – VİDEO

0
508

“Tesla” sürücüsünün yüksək sürətlə hərəkət edən sükan arxasında yuxuya getdiyini əks etdirən görüntülər internetdə yayılıb.

Videonu paylaşan istifadəçinin sözlərinə görə, o, əvvəlcədən gözlərinə inanmayıb.

Baş verənləri lentə aldıqdan sonra o, siqnalla sürücünü oyatmaq istəyib, lakin müvəffəq olmayıb.

Kadrlarda sürücünün yanında şirin yuxuya gedən sərnişini də görmək olar. Böyük ehtimalla “Tesla” avtopilotda hərəkət edib.

Milli.Az