Aşura günü ilə əlaqədar qan vermək üçün  gələn insanların sayı 5 700 aşıb

0
560

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, saat 16:30-a qədər respublikanın 25 şəhər və rayonu üzrə 33 xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 5 719 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 2573 litr qan tədarük olunub. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.

Qan vermək üçün gələn insanların sayı durmadan artır.