Putin 30-a yaxın general və polkovniki istefaya göndərdi

0
440
Rusiya Prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarındakı 30-a yaxın general və polkovniki istefaya göndərib.
Vəzifədən Rusiya İstintaq Xidmətinin Krımdakı Baş İstintaq İdarəsinin rəhbəri general-leytenant Mixail Nazarov və Dağıstan İstintaq İdarəsinin rəhbəri general-leytenant Sergey Dubrovinin azad edildiyi də bildirilir.
Qeyd edilir ki, Dubrovinlə birgə onun müavini Tuqay Tuqayevin də vəzifədən azad edilib.
Dubrovinin istefa haqqında raport yazılıb. Bunun Qaraçay-Çərkəz Respublikasından olan keçmiş senator Rauf Araşukov və atası Raulun cinayət işlərinin araşdırılması ilə əlaqədar olduğu vurğulanıb.