Sentyabra qədər nikah bağlamayan şəxslərin əmək müqaviləsi ləğv ediləcək

0
15

Çinin Şandun əyalətində yerləşən “Shuntian Chemical Group” şirkəti subay və boşanmış işçilərinə qeyri-adi və mübahisəli bir qayda tətbiq edib.

Şirkət 2025-ci ilin sentyabr ayına qədər evlənməyən işçilərinin işdən çıxarılacağı xəbərdarlığını edib. Yeni qaydalara əsasən, 28-58 yaş aralığında olan subay işçilər mart ayının sonuna qədər özlərinə aid tənqidi məktub yazmalı, iyun ayına qədər evlənmədikləri halda xüsusi qiymətləndirmə prosesinə daxil ediləcəklər. Sentyabr ayına qədər nikah bağlamayan işçilərin əmək müqaviləsi isə ləğv ediləcək.

Şirkət bu qərarı ənənəvi Çin dəyərlərini dəstəkləmək məqsədi ilə verdiyini bildirsə də, həm hökumət rəsmiləri, həm də cəmiyyət bu addımı tənqid edib. Rəsmi qurumlar bu qaydanın əmək qanunvericiliyinə zidd olduğunu və işçilərin hüquqlarını pozduğunu açıqlayıb.